Bakı metrosunda qatarların üz-üzə gəlməsi xəbəri yalan imiş - RƏSMİ


Bakı metrosunda qorxulu anların yaşanması barədə saytlarda məlumat yayılıb. İddialarda qeyd olunurdu ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.
Məsələ ilə bağlı Yeniavaz.com saytına açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yayılan məlumatlar doğru deyil: "Bakı Metropolitenində qatar üz-üzə gələ bilməz, çünki fərqli tunellərlə hərəkət edirlər. Dünən 13:15 radələrində metronun Qara Qarayev stansiyasında qatarların birində texniki nasazlıq yaranmışdı. Qatar hərəkət edib, ancaq texniki nasazlıq yaranıb. Texniki nasazlıq yaranan qatar stansiyandan tam çıxa bilməyib. Arxadan gələn qatarın maşinisti təbii ki, həmin qatarı görüb, stansiyanın boş hissəsinədək ora daxil olub. Daha sonra arxadan gələn qatarın maşinisti öndəki qatarın maşinistinə kömək edib, texniki nasazlıq aradan qaldırılıb".
Bəxtiyar Məmmədovun sözlərinə görə, qatarda texniki nasazlığın aradan qaldırılması 7-8 dəqiqə çəkib: "Daha sonra hər iki qatar hərəkətə gəlib, yoluna davam edib. Bakı Metropoliteninin qaydalarına görə texniki nasazlıq aşkar olunmuş qatar hətta nasazlıq aradan qaldırılsa da, depoya texniki baxışa göndərilir. Bir daha deyirəm, qatarların üz-üzə gəlməsi mümkün deyil". 

Nicat

DİGƏR XƏBƏRLƏR

Top