Velosipedlə Britaniyadan ölkəmizə gələn 25 yaşlı qız - FOTO


25 yaşlı qız əşyalarını velosipedinə yükləyərək Britaniyadan  Azərbaycana səyahətə gəlib. Uelsdən olan Herri, yaşının bu çağında yorulmadan uzun yol qət etməsinin ölkələrə olan maraqdan irəli gəldiyini deyir. Onunla Goranboyda qarşılaşdıq. Gürcüstandan keçməklə ölkəmizə gələn Herri, təbiət vurğunudur. Hər bir rayonun ərazisinə daxil olub oradan şəkil çəkmədən ayrılmır. Velosipedə quraşdırdığı naviqator isə ona yolda rahat hərəkət etməyi, qədim abidələri izləməyə şərait yaradır. Gənc qız tək səyahətə çıxmağın onun üçün daha da maraqlı olduğunu deyir. Ölkəmizin paytaxtı ilə yanaşı, Yevlaxnda Herri üçün maraqlı şəhərlər sırasındadır. Gənc qız səyahətini Çində bitirəcək. Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top