"Azərbaycanda ekoloji təmiz məhsul istehsal olunmur" - RƏSMİ


"Azərbaycanın onlarla şirkəti öz məhsulunu Avropaya ixrac edir. Ancaq bu gün Azərbaycanda ekoloji təmiz məhsul istehsalı yoxdur". Yeniavaz.com saytı xəbər verir ki, bu fikirləri Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi Hüseyn Abdullazadə "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi tərəfindən "Ekoloji nişanlar - beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi" mövzusunda keçirilən seminarda bildirib.
Prezident yanında Qeyri-Hökumat Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən tədbirdə İnstitut nümayəndəsi Azərbaycanda ekoloji təmiz məhsul istehsal edilməməsinin səbəbini belə izah edib: "Ekoloji təmiz məhsulların sertifikatlaşdırılması çox qəliz bir prosesdir. Deyək ki, kolbasa məhsulunun sertifikatlaşdırılması 1 aya başa çatır. Ancaq bir sahibkar öz təsərrüfatında ekoloji təmiz məhsul yetişdirmək istəyirsə, onun sertifikatlaşdırılması minimum 3 il vaxt aparır. Belə ki, ilk növbədə torpağa bir neçə il mənşəyi təmiz olmayan gübrələr verilməməlidir. Bundan başqa, əkinin aparılacağı torpaq sahəsi sənaye müəssisələrindən uzaq olmalıdır, işçi personalından tutmuş, qablaşdırma, daşınma, saxlama, emal - hamısı ekoloji məhsul istehsalı zamanı nəzərə alınır. Bu gün istehsalçı, bir təsərrüfat sahibi ekoloji təmiz məhsul sertifikatı almaq istəyirsə, müraciət etdikdən sonra ən tezi 3 ildən sonra ala bilər".
İnstitutunun nümayəndəsinin sözlərinə görə, bu gün Azərbaycanın ekologiyası ekoloji təmiz məhsul istehsalına cavab vermir.

DİGƏR XƏBƏRLƏR

Top