Tovuzda bir neçə evdən oğurluq edən qohumlar saxlanılıb


Tovuzda bir neçə evdən oğurluq edən qohumlar saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com saytına verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan rayonunun Aşağı Öysüzlü kənd sakinləri, 27 yaşlı Anar Cəfərli və onun bibisi oğlu 29 yaşlı Eşqin Hüseynov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, hər iki şəxs cari ilin aprel ayının 28-də yaşadıqları kənddəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və 296 manat nağd pul oğurlayıblar. Daha sonra onlar rayonun müxtəlif ərazilərində yerləşən digər 5 evdən də oğurluq ediblər.
A. Cəfərli və E. Hüseynov sentyabr ayına qədər olan müddətdə müxtəlif vətəndaşlara məxsus evlərdən 6115 manat, 5550 ABŞ dolları, 70000 rus rubl nağd pul və 15000 manatdan artıq dəyəri olan qızıl-zinət əşyaları oğulayaraq vətəndaşlara ziyan vurublar.
Qohumlar oğurluq faktlarını əsasən ev sahiblərinin evdə olmadığı ərzində törədiblər.
Hər iki şəxs saxlanılıb və oğurladıqları qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Nəbiyev, Tovuz

DİGƏR XƏBƏRLƏR

Top