Prokuror “Beynəlxalq Bank”ın pulunu mənimsəyənə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə prokuror çıxış edib.

O, R.Muradovun doqquz il, A.Vəliyevin isə səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses oktyabrın 23-dək təxirə salınıb. 

İttihama görə, R.Muradov vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyərək, onların 118 min manat məbləğində pul vəsaitini ələ keçirib. 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top