İnam Kərimova xanım müavin təyin olundu - FOTO

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Nazirlikdən Yeniavaz.com-a verilən mlumata görə, nazirliyin hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir İnam Kərimovun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İlhamə Qədimova 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 

2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 

2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top