İrandakı terror aktını videoya çəkiblər - VİDEO

 
Şahidlər İranın Əhvaz şəhərində həyata keçrilmiş terror hücumunu videoya çəkiblər. Yeniavaz.com “REN TV” telekanalına istinadla xəbər verir ki, kadrlardan görünür ki, insanlar panika düşərək yerə uzanıblar.
Bu müddət ərzində terrorçular onlara atəş açıblar. Terror aktı Əhvaz şəhərində hərbi parad zamanı törədilib. Terror aktı nəticəsində 8 hərbçi həlak olub, 20 nəfər xəsarət alıb, onların arasında qadın və uşaq da var. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top