İranda terror hücumu nəticəsində ölənlərin sayı 24-ə yüksəldi​​ - YENİLƏNİB

 
İranın cənubundakı Əhvaz şəhərində hərbi parad zamanı törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 24 nəfər çatıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, terror hücumu zamanı 30-dan çox adamın da xəsarət aldığı bildirilir. Terrorçuların hədəfində həm hərbçilər, həm də parada baxmağa gəlmiş dinc sakinlər olublar. 

***12:26
İranın Əhvaz şəhərində keçirilən parad zamanı törədilmiş terror aktında ölənlərin sayı artıb. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı 10-a çatıb.
Ölənlər arasında jurnalist də var. Bundan başqa, terror aktı nəticəsində azı 21 nəfər xəsarət alıb. Ölənlərin sayı arta bilər, çünki bəzi yaralıların vəziyyəti ağırdır.  

***11:05
İranın Əhvaz şəhərində keçirilən hərbi paradda terrorçuların açdığı atəş nəticəsində azı 8 hərbçi həlak olub. Yeniavaz.com TASNIM agentliyinə istinadla xəbər verir ki, həlak olan hərbçilər İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləridir.
Bildirilir ki, terrorçuların sayı 4 nəfər olub. Onlardan ikisi öldürülüb. Qalan ikisinin isə axtarışı aparılır. Terror hücumu təqribən 10 dəqiqə davam edib. Hücum zamanı 20 nəfərin də yaralandığı bildirilir.

***10:41
İranın cənubundakı Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı törədilib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, naməlum şəxslər parad zamanı atəş açıblar.
Açılan atəş nəticəsində bir neçə nəfər həlak olub. Onların sayı dəqiqləşdirilir. Bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Bu gün İranın müxtəlif şəhərlərində, o cümlədən tehrand hərbi paradlar keçirilir. Paradlar 1980-1988-ci illər İran-İarq müharibəsinə həsr olunmuş xatirə tədbirləri çərçivəsində müqəddəs müdafiə həftəsinə həsr olunub. 

DİGƏR XƏBƏRLƏR

Top