Putin: Türk qırıcısı Rusiya təyyarəsini bilərəkdən vurmuşdu, indi isə...



Rusiya Prezidenti Vladimir Putin Suriyada “İl-20” təyyarəsi ilə bağlı bədbəxt hadisəni Türkiyə qırıcısının vurduğu “Su-24” təyyarəsi ilə müqayisə etməməyə çağırıb.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin bildirib ki, həmin zaman türk qırıcısı Rusiya təyyarəsini bilərəkdən vurmuşdu.

Rusiya Prezidenti qeyd edib: “İndiki halda çox güman ki, bu, təsadüfən baş vermiş faciəvi şəraitlər silsiləsinə oxşayır. Çünki İsrail təyyarəsi bizimkini vurmayıb”. Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizlik tədbirlərini gücləndirəcək və bunu hamı görəcək: “İnsanlar xüsusən belə faciəvi şəraitdə öləndə həmişə hamımız, ölkəmiz və həlak olan döyüş yoldaşlarımızın yaxınları üçün bəladır. Bununla əlaqədar həlak olanların yaxınlarına başsağlığı verirəm”.

DİGƏR XƏBƏRLƏR

Top