Qaxda dağda ölən şəxsin meyiti helikopterlə götürülüb

Qax rayonunun İlisu kəndi yaxınlığında mürəkkəb relyefli yüksək dağ massivində aşkar edilmiş Əsgərov Radiq Eldar oğlunun meyitinin götürülməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri başa çatıb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, R.Əsgərovun meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və Aviasiya dəstəsinin “Mi-17” helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top