turkiye-xin-den-f-35-lerle-bagli-aciqlama-qerar-qanunsuzdur

Türkiyə XİN-dən F-35-lərlə bağlı açıqlama: Qərar qanunsuzdur

abs-f-35-lerin-turkiyeye-verilmesi-mumkunsuzdur

ABŞ: F-35-lərin Türkiyəyə verilməsi mümkünsüzdür

qarabag-partizaniye-qalib-gelerek-merhele-adlayib

“Qarabağ” "Partizani"yə qalib gələrək mərhələ adlayıb

cümə axşamı, 18 iyul 2019
AZ RU EN TR

CƏMİYYƏT

Raquf Orucov haqda sənədli filmin təqdimatı keçiriləcək

26.06.2018 18:16 Oxundu 671

Sabah – 27 iyun 2018-ci il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində 2016-cı ilin aprel şəhidi polkovnik Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cl ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.