15-yasli-qizin-qacirilmasi-ile-bagli-cinayet-isi-baslanib-resmi

15 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

instagramda-saxta-profil-acaraq-hede-qorxu-ile-pul-teleb-eden-sexs-saxlanilib

“İnstagram”da saxta profil açaraq hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

ermenistanda-rusiyanin-102-sayli-herbi-bazasina-qarsi-etirazlar-boyuyur

Ermənistanda Rusiyanın 102 saylı hərbi bazasına qarşı etirazlar böyüyür

cümə, 14 dekabr 2018
AZ RU EN TR
AZ RU EN TR

ƏDƏBİYYAT

"Uzaqdaydım, eşitdim ki, ata olmuşam" - Musa Yaqubdan gözəl bir şeir

23.06.2018 09:45

Uzaqdaydım...
Eşitdim ki, ata olmuşam,
Fikir alıb öz-özünə apardı məni.
Tufan oldu, külək oldu o əziz axşam,
Subayların cərgəsindən qopardı məni.

Ömrün ata illəri də başladı demək...
Ömrümdən bir ömür qopub düşdü cahana.
Əvvəl-əvvəl şıltaqlıq da eylədi ürək,
Ata olmaq ağır gəldi nədənsə ona.

Demə, könül bu xəbərdən güləsiydi ki...
Necə olsa öz yeri var hər fikrin, hissin.
Ürəyimdə şıltaq hisslər öləsiydi ki,
Orda ata məhəbbəti doğula bilsin.

Bir narahat duyğu gəlib sardı qəlbimi,
Başqa cürə baxdı gözüm gələcək günə.
Ata olmaq, həmişəyaşıl ağaclar kimi
Qayğıdan bir kölgə salmaq övlad üstünə.

Baxdım ata olanlara, necə bəxtəvər,
Baxdım ata ovcundakı totuq əllərə.
Baxdım körpə fidanlara qayğısız, gülər...

Yağış kimi çiləndikcə ruhuma bir səs,
İllər ilə gizli yatan qayğım oyandı.
Külək olub üz-gözümə dəydi bir nəfəs,
Alov olub gecə-gündüz könlümdə yandı.

Musa Yaqub, şair

Oxundu 634