Suriyada kimyəvi silahdan istifadə olunması təsdiqləndi

Suriyada iki ayrı insidentdə kimyəvi silah qismində zarin və xlordan istifadə edilib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kimyəvi silahın qadağan edilməsi üzrə təşkilatdan deyiblər. İnsidentlər martın 24 və 25-də baş verib. Suriyada kimyəvi silahdan istifadə faktlarının təyin edilməsi üzrə missiya təsdiq edir ki, martın 24-da Əl-Latamina şəhərinin cənubunda kimyəvi silah qismində böyük ehtimalla zarin istifadə olunub. Missiya, həmçinin qərara gəlib ki, martın 25-də həmin şəhərin və ətraf rayonların hospitalının atəşə tutulması zamanı kimyəvi silah qismində xlordan istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top