Bank hesablarının açılması qaydaları dəyişir

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və alternativ xidmət kanalları" üzrə Ekspert Qrupu, həmçinin, "Komplayns" üzrə Ekspert Qrupunun üzvləri arasında görüş keçirilib. Yeniavaz.com ABA-dan açıqlanan məlumatlara istinadən bildirir ki, görüş çərçivəsində MBNP tərəfindən mövcud tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası" üzrə hazırlanan dəyişikliklər layihəsi müzakirə edilib.

Bu məsələ ilə ilə bağlı bankların təklifləri dinlənilib və sonda hər bir bankın rəyinin hazırlanaraq ABA-ya təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top