APA TV-nin bağlanacağı ilə bağlı iddialara rəhbərlikdən MÜNASİBƏT

Bu gün bir sıra saytlarda Azərbaycanın ən böyük media holdinglərindən sayılan "APA Holding"də ixtisarların aparılacağı, holdinqə daxil olan APA TV-nin bugünlərdə yayımını dayandıracağı ilə bağlı məlumat yayılıb.

İddia olunur ki, buna səbəb maliyyə çatışmazlığıdır.

Yayılan xəbərlərdə iyunun 30-nun son efir vaxtı olacağı iddia edilirdi.

Yeniavaz.com saytı xəbər verir ki, "APA-Holdinq"in prezidenti Vüsalə Mahirqızı sosial şəbəkədəki səhifəsində yayılan məlumatların yalan olduğunu bildirib.

"APA TV-nin fəaliyyətini dayandırması ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. İyun ayının sonundan etibarən televiziyada verilişlərin yayımı dayandırılacaq. APA TV tam internet televiziya üslubunda fəaliyyətini davam etdirəcək və əsas prioriteti xəbərlərin hazırlanması olacaq. Televiziyanın xəbər xidməti daha da genişləndirilir və yeni konseptə keçirilir",-deyə V. Mahirqızı vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top