Bir vaxtlar deputat idi, indi kənddə qoyun saxlayır - FOTOLAR

Türkiyənin mərhum dövlət başçısı Turqut Özalın Prezidentliyi dövründə - 29 noyabr 1987-ci ildə keçirilən seçkilərdə Ana Vətən partiyasından millət vəkili seçilən Ertuğrul Özdemir indi tamamilə başqa bir həyat yaşayır.

Yeniavaz.com saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, E. Özdemir öz kəndinə qayıdıb və təsərrüfatla məşğul olur. Özdemir 2014-cü ildən doğulduğu kəndə dönüb və 15 qoyunu, 50-ə yaxın toyuğu var.

Sabiq millət vəkilinin həmçinin arı da saxlayır.

Deputat başına gələnləri belə nəql edib: "Millət vəkilliyindən sonra İstanbulda ticarətlə məşğul olurdum. Sonra dayandırdım və ana-atamın yanına, kəndimizə qayıtmaq qərarına gəldim. Əziyyət çəksən, kənddə də pul qazanarsan və daha rahat olarsan. Zənginliyin sonu yoxdur, insan istədikcə istəyir. 60 yaşdan sonra insanlar zamanlarını özlərinə ayırmalıdırlar".

Özdemir açılan bir çobanlıq kursuna da qatılmaq istəyib, amma yaşı səbəbi ilə qəbul edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top