"Alpinistlərin cəsədləri FHN-in qeyd etdiyi kimi 4 m dərinlikdə yox, 1,20 sm dərinlikdən çıxarılıb"

"Alpinist dostlarımızın cəsədləri FHN-in qeyd etdiyi kimi 4 m dərinlikdə yox, 1,20-1,30 sm dərinlikdən çıxarılıb". Yeniavaz.com xəbər verir ki, bu barədə “Everest” idman klubunun rəhbəri Rusif Bağırov "Facebook" sosial şəbəkəsindəki hesabında məlmimat verib. “Everest” idman klubunun rəhbəri bildirib ki, FHN-nin məsələyə aydınlıq gətirməli və səhvlərini boyunlarına almalıdır.
“Baş Prokurorluq isə axtarışların hansı səviyyədə aparıldığını obyektiv araşdırmalı və axtarışların bu qədər uzanmasında günahı olanları məsuliyyətə cəlb etməlidir. Çünki alpinistlərin cəsədləri çox şübhəli şəkildə anidən aşkar edilib və xəbər axşam saatlarında yayılıb”, – deyə o, qeyd edib.
Məlumat üçün bildirək ki, Namin Bünyatzadə, Fəridə Cəbrayılzadə və Babur Hüseynov ötən il dekabrın 17-də itkin düşüblər və bir neçə gün öncə onların meyitləri tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top