Puçdemon və 4 nazir azadlığa buraxıldı - Almaniyadan İspaniyaya rədd cavabı

Ötən həftə Almaniyada saxlanılan Kataloniya muxatriyyətinin sabiq rəhbəri Karles Puçdemon şərti azadlığa buraxılıb.

Almaniya əyaklət mnəhkəməsi Puçdemonun İspaniyaya təhvil verilməsi tələbini rədd edib və onu şərti azadlığa buraxıb.

Həmçinin, onunla bərabər saxlanılan 4 nazir - Maria Aleu Serret, Antoni Oliveres Komin, Lluis Xordi Puiq və Klara Obiols da sərbəst qalıb.

Bundan başqa, İspaniyanın Puçdemon haqqında çıxardığı “Avropada saxlanılma və təhvil verilmə” qərarının da araşdırılması qərarlaşdırılıb.

Qeyd edək ki, xalqı üsyana təşviq etmə və qanunsuz referendum keçirməkdə ittiham edilən 55 yaşlı siyasətçi 25 martda saxlanılmışdı. qafqazınfo.az

DİGƏR XƏBƏRLƏR

Top