UEFA "Qalatasaray"ı yenidən avrokuboklardan uzaqlaşdıra bilər - SƏBƏBLƏR

Qalatasaray"ı UEFA tərəfindən cəza gözləyir.

Bu barədə məlumatı "sarı-qırmızılılar"ın prezidenti Mustafa Cengiz verib.

Klub rəhbəri yerli mətbuata açıqlamasında maliyyə feyr-pley qaydalarına əməl edə bilmədikləri üçün cəzalandırılacaqlarını təsdiqləyib. O, UEFA-dan bununla bağlı rəsmi açıqlama gözlədiklərini söyləyib: "Biz ən yüngül cəzanı gözləyirik. Çünki UEFA-ya təqdim etdiyimiz sənədlərdə problemlərin həlli ilə bağlı müəyyən təkliflər irəli sürmüşük. Uydurma xəbərlərlə deyil, real rəqəmlərlə onların qarşısına çıxdıq. Kluba gəldiyim 2 ay ərzində kifayət qədər gəlir götürmüşük. Ev oyunlarına azarkeş marağı baxımından son illərin rekorduna imza atdıq. Rəqabət artdıqca futbol daha zövqlü olur. İnşallah, UEFA da bunu görər. Mətbuatda qərarın aprelin 19-da açıqlanacağı yazılıb. Ancaq qitə futbol qurumu konkret tarix bildirməyib. Hər an qərar açıqlana bilər". Apasport

DİGƏR XƏBƏRLƏR

Top