pasinyana-dedim-ki-niye-susmusan-putinden-qorxursan-video

“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” VİDEO

tezyiqi-salmaga-komek-eden-en-yaxsi-8-mehsul

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul

boyrek-xesteliklerinin-7-elameti

Böyrək xəstəliklərinin 7 əlaməti

bazar ertəsi, 17 dekabr 2018
AZ RU EN TR
AZ RU EN TR

ƏDƏBİYYAT

Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb

04.01.2018 15:18

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.

Əlyazmalar İnstitutundan verilən xəbərə görə, mənbələrdə qeyd olunur ki, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər. İnstitutdan əlavə ediblər ki, Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır. APA

Oxundu 1130