Fidel Kastro vəfat edib

Kuba lideri və sabiq prezidenti Fidel Kastro vəfat edib. "Yeniavaz.com" Türkiyə mətbuatna istinadən xəbər verir ki, 1959-cu ildəki Kuba inqilabının rəhbəri 90 yaşında həyatını itirib. Kastronun ölüm xəbərini yerli dövlət televiziyası elan edib.

Fidel Kastro, 31 iyul 2006-ci ildən öz səlahiyyətlərini səhhətində olan problemlərə görə müvəqqəti olaraq müavini və qardaşı olan Raul Kastroya təhvil verib. 19 fevral 2008-ci ildə açıqlama verərək Kubanın ən yüksək idarəetmə orqanı sayılan Dövlət Şurası Başçılığından istefa edib.. Qeyd edək ki, F.Kastro bu vəzifəyə 1976-cı ildə gəlib.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top