oqtay-sireliyevin-6-ay-evvel-vezife-verdiyi-sexs-istefa-verdi-foto

Oqtay Şirəliyevin 6 ay əvvəl vəzifə verdiyi şəxs İSTEFA VERDİ - FOTO

ferda-senetden-getmeyi-barede-intihar-ede-bilerem

Fərda sənətdən getməyi barədə: "İntihar edə bilərəm"

bakida-bu-rektor-ise-avtobusla-gedib-gelir-foto

Bakıda bu rektor işə avtobusla gedib-gəlir - FOTO

çərşənbə, 24 aprel 2019
AZ RU EN TR

İNCƏ SƏNƏT

Bir heykəltəraş barədə...

13.02.2017 20:08 Oxundu 1725


Elmira Hüseynova... Yəqin ki, bu ad və soyad çoxlarına tanış deyil. Halbuki onun ərsəyə gətirdiyi əsərlər çoxuna tanışdır. Məsələn, İçərişəhərdəki binaların birinin (bir zamanlar orada Azərbaycan Ensiklopediyası Milli Elmi Mərkəzi yerləşirdi) qarşısında ucaldılmış abidəni görmüsünüz. O abidəni ki, onda görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabi müəllifi olduğu Azərbaycanın ilk qəzeti "Əkinçi"ni oxuyarkən təsvir edilib. Tunc qranitdən hazırlanmış bitkin kompozisiya obrazın xarakter keyfiyyətlərinin ustalıqla açılmasının sənət nümunəsidir. Həmin heykəli ərsəyə gətirən məhz 64 il ömür sürmüş Elmira Mehralı qızı Hüseynova (1933-1995) olub. Dünən Azərbaycanın bu Əməkdar rəssamının doğum günündən 84 il ötdü.
Mütəxəssislərin fikrincə, heykəltəraşın müxtəlif illərdə ərsəyə gətirdiyi nümunələr ideya-sənətkarlıq cəhətdən mükəmməlliyi ilə seçilir. O, əsərlərini əsasən tunc, daş, mərmər, keramika, gips, ağac və epoksid qatrandan hazırlayırdı. Onun "Kolxozçu qız", "Fəhlə", "Ailə" kompozisiyası, "Rəsul Rza", "Cəfər Cabbarlı" (1966-cı ildə Sumqayıtda qoyulub), "Taxılçı", "Qızımın portreti", "Polşalı tələbə qız", "Sevgi obrazı", "Hər şey cəbhə üçün", "Neftçilər", "Əsmərin portreti", "Rejissor Tofiq Kazımovun xatirəsinə", "Akademik M.Cəfərovun portreti" və s. əsərləri Azərbaycan heykəltəraşlığına töhfələrdir (Onun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır). Göründüyü kimi, rəssam-heykəltəraş tanınmış mədəniyyət və incəsənət xadimlərinə, sadə əmək adamlarına daha çox müraciət edib. Təbii ki, bu da onun dərin müşahidəçilik qabiliyyətinin, predmetə professional yanaşmasının nəticəsidir. Əsərlərlə tanış olarkən bir daha əmin olursan ki, sənətkar onların hər birinin daxili aləmini, düşüncə və hisslərini, xarakterini məharətlə verə bilib. Bu mənada həmin əsərlərə tamaşa edənlər, sözün həqiqi mənasında, yeni nəfəs, fərqli yozumla qarşılaşırlar.
Burada bir haşiyəyə çıxmaq istərdik: "Əsmərin portreti"ndəki Əsmər onun öz qızıdır.
Məlumat üçün bildirək ki, Elmira Hüseynova tanınmış rəssam Toğrul Nərimanbəyovla ailə qurub. Lakin onların ailə həyatı uğurlı olmayıb. Bu evlilikdən onun bir qızı dünyaya gəlib - Əsmər Nərimanbəyova (o da rəssamıdır, əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib). Yeri gəlmişkən müsahibələrinin birində Əsmər xanım deyib: "Anam rəssam- heykəltəraş idi. Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdi. Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı. Onun "Cəfər Cabbarlı", "Rəsul Rza", "Ana", "Fəhlə" əsərləri bütün sovet məkanında məşhurlaşan əl işləri idi. Mənim adımı isə anamın qardaşı qoyub. O, da Azərbaycanın Xalq yazıçısı olub - Mehdi Hüseyn. Bir əsər üzərində işləyirmiş. Əsərin baş qəhrəmanı Əsmər adlı qız olub. Mən dünyaya gələndə anamdan xahiş edib ki, uşağın adını Əsmər qoyun. Hər kəs bu adla razılaşıb".


Qvami