ABŞ-ın ən zəngin prezidentlərinin siyahısı açıqlanıb. “Yeniavaz.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahıya ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp liderlik edir. Onun sərvəti “Forbes” tərəfindən 4,5 milyard dollar səviyyəsində qiymətləndirilir. Milyarder tikinti sektorunda fəaliyyəti nəticəsində varlanıb. O, atası Fred Trampın tikinti şirktində karyera qurmağa başlayıb. D. Tramp isə sərvətinin daha çox olduğunu iddia edir. Siyahıda ikinci yeri ABŞ-ın 36-c ı prezidenti Lindon Conson tutur. Onun sərvəti 98 milyon dollar həcmində qiymətləndirilib. İstefasından sonra o, memuarlar yazmağa və Texas ştatının universitetində məruzə deməyə başlayıb. L. Conson və həyat yoldaşının Ostində radio və televiziya stansiyası olub. Cütlük heyvandarlıq müəssisələrində paya da sahib olub. ABŞ-ın 42-ci prezidenti Bill Klinton siyahının üçüncüsüdür. 70 milyon dollar sərvəti olan B. Klinto bu vəsaitin çox hissəsini itefaya getdikdən sonra qazanıb. Belə ki, 2005-ci ildə onun “Mənim həyatım” kitabı prezidentı 15 milyon dollar qazandırıb.
2014-cü ilin martında Londonun “Bank of America” şirkətində çıxışına görə ona 500 min dollar ödənilib. Siyahının dördüncüsü 35 milyon dollarla ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşdur. O, sərvətinin əsas hissəsini prezident olmamışdan qabaq əldə edib. C. Buş 1998-ci ildə “Texas Rangers” beysbol komandasını satdıqdan sonra 15 milyon dollar qazanıb. O, istefasından sonra yazdığı memuarlardan təqribən 7 milyon dollar gəlir əldə edib. Siyahının sonuncusu isə 23 milyon dollarla böyük Corc Buşdur. ABŞ-ın 41-ci prezidenti olmazdan qabaq o, neft hasil edən şirkət qurub və iki ildən sonra daha bir şirkətin – “Zapata Corporation”un həmtəsisçisi olub. 1964-cü ildə şirkətin Direktorlar Şurasına rəhbərlik edib,həmn vaxt o artıq milyoner idi.