Davutoğlunun müsahibə verdiyi veriliş bağlandı - Ərdoğanla bağlı danışmışdı


"Dünən məndən müsahibə alan 3 jurnalist - Yavuz Oğhan, İsmail Saymaz və Akif Bekinin verilişinin dayandırılmasından çox üzüldüm".

Yeniavaz.com xəbər verir ki, bunu "Twitter" hesabında Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu bildirib.

Ə.Davudoglu bildirib ki, onlar sadəcə jurnalistlik ediblər: "Bu qərarın heç bir izahı yoxdur. Hər qapını bağlasalar da biz yeni qapı açacaq və susmayacağıq".

Qeyd edək ki, dünən Əhməd Davudoğlu müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı da danışmışdı.

DİGƏR XƏBƏRLƏR

Top