Ərbildəki terror atkını türkiyəli millət vəkilinin qardaşı törədib


İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücumun təşkilatçılarından biri olaraq bildirilən Mazlum Dağın bacısının Türkiyədə millət vəkili olduğu öyrənilib.

Yeniavaz.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, M. Dağın bacısı Xalqların Demokrtaik Partiyasının Diyarbəkirdən (HDP) olan millət vəkili Dersim Dağdır. Agentliyin yaydığı məlumatda bildirilir ki, cinayətkarın bundan əlavə iki qardaşı - “İsyan” kod adlı İbrahim Dağ və “Numan” kod adlı Lütfi Dağ PKK terror təşkilatının üzvüdür.

Qeyd edək ki, Ərbil şəhərində törədilən terror aktı nəticəsində Türkiyənin Ərbildəki  Konsulluğunun əməkdaşı Osman Köse şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top