Bu YDM-də 70 litrlik çənə 86 litr benzin vurulur - İDDİA - VİDEO


Sosial şəbəkədə "Lukoil" Azərbaycan şirkətinə məxsus yanacaqdoldurma məntəqələrindən birində çəkilmiş video müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, paylaşılan kadrlarda tutumu 70 litr olan avtomobilin çəninə 86 litr yanacaq doldurulduğu iddia olunur. Şərh bölməsində həmçinin kadrların Xırdalan şəhərində çəkildiyi iddia olunur.
Məsələ ilə bağlı "Lukoil" Azərbaycan şirkəti ilə əlaqə saxladıq. Şirkətdən Yeniavaz.com-a bildirildi ki, hazırda onlarda bu barədə heç bir məlumat yoxdur, ancaq bu məsələ araşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top