Türkiyə XİN-dən F-35-lərlə bağlı açıqlama: Qərar qanunsuzdur


Vaşinqtonun Türkiyənin F-35-lərin yaradılması üzrə proqramdan çıxarılması qərarı ölkələr arasındakı ittifaqın ruhuna uyğun deyil.

Bu fikirlər Türkiyə Xаrici İşlər Nаzirliyinin bəyanatında yer alıb.

Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ-ın "S-400"lər üzrə birgə işçi qrupu formalaşdırmaqdan imtinası rəsmi Vaşinqtonun problemi vicdanla həll etmək istəmədiyini göstərir.

"Türkiyə ABŞ-ı respublikanı F-35 proqramından çıxarılmasından imtina etməyə çağırır, bu, ikitərəfli münasibətlərə aradan qaldırıla bilməyən zərər vuracaq", - deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik ABŞ-ın bu qərarını birtərəfli və qanunsuz adlandırıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top