“Qarabağ” "Partizani"yə qalib gələrək mərhələ adlayıb


Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Bu, I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyunundan sonra rəsmiləşib.

Bir həftə əvvəl Albaniyada keçirilən ilk qarşılaşmada qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri “Dalğa Arena”da baş tutan bugünkü görüşdə mütləq qalib gəlməli idi. Çempionumuz bu vəzifənin öhdəsindən gəlib. 

Düzdür, “Qarabağ” rəqibin müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. Ağdamlılar  yalnız ikinci hissədə istəyinə çata bilib. 

Filip Ozobiçin hissənin əvvəlində vurduğu top qonaqların müqavimətini qırıb. Oyunun sonunda isə Dani Kintana ikinci qolu vurub. Bu iki top həm görüşün, həm də cütün taleyinə aydınlıq gətirib. 2:0 hesablı qələbə “Qarabağ”ı növbəti mərhələyə daşıyıb. Burada isə komandamızın rəqibi hazırda davam edən “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) oyununun güclüsü olacaq. 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də baş tutacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya) - 2:0

QOLLAR: Ozobiç, 51, Kintana, 90+4
Baş hakim: 
Dumitri Muntean 
“Qarabağ”: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Xosep Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0

APA

DİGƏR XƏBƏRLƏR

Top