Azərbaycanda xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

Qobustan rayonunun ucqar dağ kəndi olan Ərəbqədimin sakinləri illərdir yol problemindən əziyyət çəkirlər.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, bir neçə il əvvəl Qobustan rayonunun mərkəzindən kəndə asfalt yol çəkilib.

İndi isə bir qrup xeyriyyəçi kənd sakini bir araya gələrək, kəndin əsas problemi olan daxili yolların asfaltlanması qərarına gəliblər. Əsasən, qış aylarında keçilməz olan enişli-yoxuşlu, sərt döngəli yollar yenidən salınıb.

Hazırda asfaltlama işinin son mərhələsidir. Yeni çəkilən asfalt yolun ümumi uzunluğu səkkiz kilometrdir ki, bu da kənd yollarının 80 faizini təşkil edir. Asfaltlanmamış digər yolların yaxın vaxtlarda yeni yolla əvəzlənəcəyi bildirilir.

Bununla da kəndin bütün daxili yolları tam şəkildə asfaltlanaraq, sakinlərin istifadəsinə veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top