Rövnəq Abdullayevin gəlininin babası nəvəsinin toyundan DANIŞDI


Azərbaycanın görkəmli professoru, deputat Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev SOCAR prezidenti Rövnəq Abdullayevlə qohum olmasından danışıb.


Yeniavaz.com xəbər verir ki, Qəzənfər Paşayev Demokrat.az-a açıqlamasında nəvəsinin sevərək ailə həyatı qurduğunu bildirib:


"Bu könül, ürək məsələsidir. Şübhəsiz ki, bir böyük kimi mənimlə də məsləhətləşiblər. Baba kimi çox xoşbəxtəm. Allah sizin də övladlarınıza xeyr işlər qismət etsin, uşaqlarınızdan görəsiniz".


Professor bəyin tərbiyyəli ailədən olduğunu da söyləyib.


Xatırladaq ki, bu ayın əvvəlində SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin toy mərasimi keçirilib. “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edib. Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev professor Qəzənfər Paşayevin nəvəsi ilə evlənib.

DİGƏR XƏBƏRLƏR

Top