azerbaycanda-qadin-erinin-xilasi-ucun-ondan-polise-sikayet-etdi-teferruat

Azərbaycanda qadın ərinin xilası üçün ondan polisə şikayət etdi - TƏFƏRRÜAT

sirvanda-toyda-zeherlenen-sexslerin-sayi-19-a-catib-yenilenib-video

Şirvanda toyda zəhərlənən şəxslərin sayı 19-a çatıb - YENİLƏNİB - VİDEO

ermeni-lobbisi-azerbaycanla-avstraliya-munasibetlerinden-narahatdir-xin

"Erməni lobbisi Azərbaycanla Avstraliya münasibətlərindən narahatdır" - XİN

şənbə, 20 iyul 2019
AZ RU EN TR

CƏMİYYƏT

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

12.07.2019 17:49 Oxundu 266

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsindəəsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək.