Braziliya prezidenti oğlunu ABŞ səfiri təyin etməyə hazırlaşır


Braziliya prezidenti Jair Bolsonaru  35 yaşlı oğlunu ölkənin ABŞ-dakı səfiri təyin etmək niyyətindədir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Federal Konqresin üzvü olan prezidentin üçüncü övladı Eduardo Nantes Bolsonaru bu vəzifəyə gələ bilmək üçün senatın Xarici Əlaqələr Komitəsindən müsbət rəy almalı və Ayan Məclisi üzvlərinin hamısı onun lehinə səs verməlidir.
Əvvəllər vəkil və polis kimi fəaliyyət göstərən, daha sonra siyasətə qoşulan E. N. Bolsonaru mövzu ilə bağlı açıqlama verərək bu ifadələri işlədib: "Əgər bu vəzifəyə prezident tərəfindən təyin edilsəm, əlbəttə qəbul edəcəyəm".
Qeyd edək ki, Braziliya prezidentinin 3 ayrı həyat yoldaşından olan 5 övladı da siyasətlə məşğuldur. Adı korrupsiya ilə hallanan ən böyük oğlu Flavyo senator kimi fəaliyyət göstərir. Növbəti oğlu Karlos B. isə Rio şəhərinin idarə heyətindədir. Digər oğlu ilə qızı isə Xarici İşlər Departamentiondə onun müşavirliyini həyata keçirirlər.
Seçki kampaniyası müddətində korrupsiya və rüşvəti aradan qaldıracağına söz verən J. Bolsonarunun ABŞ prezidenti Donald Tramp ilə yaxın əlaqələri var.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top