"Bandotdel"in yeni rəisi kimdir? - DOSYE


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) rəis təyin olunan Əbülfət Rzayev 1968 -ci ilin avqust ayının 11-də Naxçıvan MR-nin Ordubad rayonunun Behrud kəndində anadan olub.
Yeniavaz.com xəbər verir ki, Əbülfət Rzayev 1975  - 1985-ci illərdə Ordubad rayonu Behrud kənd orta məktəbində orta təhsil alıb. 1986 - 1988-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1989 - 1990-cı illərdə Ukrayna Respublikası Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri işləyib. 1990 - 1995-ci illərdə Ordubad rayon Behrud kənd orta məktəbində müəllim və eyni zamanda da (1990 - 1996-cı illərdə)  M.F. Axundov adına APRDƏİ-də ali pedaqoji təhsil alıb. 1993 -1998-cı illərdə BDU-nun hüquq fakultəsində ali hüquq təhsili alıb. Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili işləyib.
Polkovnik-leytenant rütbəsi daşıyan Əbülfət Rzayev 2000-ci ildən BDU-nun hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasına müəllim də  işləyir. "Konstitusiya hüququ" və "İnzibati hüquq"  fənlərini bakalavr pilləsində tədris edir.

DİGƏR XƏBƏRLƏR

Top