Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında, aeroport yolunda baş verib.
Sükan arxasında telefona başı qarışan avtomobilin sürücüsü yüksək sürətlə “VAZ-2107” markalı avtomobili arxadan vurur.
Bu zaman idarəetməni itirərək sağ zolaqla hərəkətdə olan avtobusa çırpılır və onu yoldan çıxadır.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.