Supermarketlər bazarları sıradan çıxarır - RƏQƏMLƏR


Bu ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 18 milyard manatlıq məhsul satılıb.
Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, istehlak məhsullarının dəyər ifadəsində 20%-i və ya 3,6 milyard manatı ticarət müəssisələri, 49%-i və ya 8,82 milyard manatı fərdi sahibkarlar tərəfindən, 31%-i və ya 5,58 milyard manatı isə bazar və yarmarkalarda satılıb.
2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8%, fərdi sahibkarlar üzrə  0,2% artıb, bazar və yarmarkalarda isə 5,3% azalıb.
Məlumat üçün bildirək ki, ötən ilin ilk yarısında pərakəndə ticarət şəbəkələrində 17,1 milyard manatlıq məhsul satılıb. Bu məhsulların 13,8%-i və ya 2,6 milyard manatı ticarət müəssisələrində, 52,6%-i və ya 9 milyard manatı faizi fərdi sahibkarlar tərəfindən, 33,6%-i və ya 5,75 milyard manatı isə bazar və yarmarkalarda satılıb.

DİGƏR XƏBƏRLƏR

Top