sevdiyi-qiza-gore-ozunu-asdi-xacmazdaki-intiharin-teferruati

Sevdiyi qıza görə özünü asdı - Xaçmazdakı intiharın TƏFƏRRÜATI

serxos-agsaqqal-surucu-icib-tank-surmurem-ki-video

Sərxoş ağsaqqal sürücü: "İçib tank sürmürəm ki" - VİDEO

bakida-reyd-yarim-milyonluq-masinin-serxos-surucusu-kimdir-fotolar

Bakıda REYD - Yarım milyonluq maşının sərxoş sürücüsü kimdir? - FOTOLAR

şənbə, 20 iyul 2019
AZ RU EN TR

GÜNDƏM

ATƏT PA Azərbaycanla bağlı vacib sənəd qəbul edib - Ermənistan narahatdır

12.07.2019 12:28 Oxundu 177

ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın maraqları təmin olundu.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bəyannamənin 22-ci maddəsindəki müddəanın müzakirələrə səbəb olduğunu bildirib:

“Həmin maddədə ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisindəki münaqişələrə prizmadan yanaşılmasının zəruriliyi vurğulanıb. Bu, Ermənistanda çox ciddi narahatlığa, müzakirələrə səbəb olub”.

Vitse-spiker vurğulayıb ki, bundan əvvəl başqa bir maddədə Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə münasibət bildirilirdi. Bu məsələlərin bir maddədə cəmlənməsi, vahid prizmadan dəyərləndirilməsi vacib addım idi.

ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin sülh yolu ilə həlli ilə bağlı danışıqları aktivləşdirməyi tövsiyə edir”.