Əfqanıstanda toy yasa çevrildi – çox sayda ölü və yaralılar var

Əfqanıstanda toy zamanı baş verən partlayışda 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

Yeniavaz.com “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “TOLO News” kanalı məlumat verib.

Məlumata görə, hadisə Əfqanıstanın Nangarhar əyalətində keçirilən toy zamanı baş verib. Hadisənin hansı səbəbdən baş verməsi haqqında hələ ki, heç bir məlumat verilməyib.

Faktla bağlı araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top