Boeing təyyarələrinin istehsal direktoru istefa verdi


“Boeing 737” təyyarəsinin istehsal direktoru Erik Lindblad istefa verib.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “Boeing” şirkətinin kommersiya şöbəsinin müdiri Kevin Makalister məlumat verib.
Məlumata görə, E.Lindbladın istefası ötən il Efiopiya və İndoneziyada baş verən təyyarə qəzası ilə əlaqədardır.
Qeyd edək ki, ötən il Efiopiyada “Boeing 737 MAX 8” tipli təyyarənin qəzaya uğraması nəticəsində 157, İndoneziyada isə 189 nəfər həlak olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top