Türkiyənin Hatay vilayətindəki partlayışa görə 16 nəfər saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları Hatay vilayətində baş vermiş partlayışa görə 16 nəfəri saxlayıb.

Onlar Reyhanlı və İskənderun rayonunda keçirilmiş xüsusi əməliyyat nəticəsində ələ keçib.

Saxlanılanlar təhlükəsizlik idarəsinə aparılıb.

Qeyd edək ki, partlayış iyulun 5-i Türkiyənin Hatay vilayətin Reyhanlı rayonunda qeydə alınıb.

Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.

Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.//Trend

DİGƏR XƏBƏRLƏR

Top