Rusiyada azərbaycanlıların olduğu mikroavtobus dərəyə yuvarlandı: yaralılar var


Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda içərisində Azərbaycan vətəndaşlarının olduğu “Mercedes-Benz Sprinter” markalı mikroavtobus dərəyə yuvarlanıb. 

Hadisə zamanı avtobusda olan 12 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. 

Məlumatlara görə, avtobus Moskvadan Rostov-na-Don istiqamətində hərəkət edirmiş. 

Qəzaya mikroavtobusun ön təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb göstərilib. Avtobusda olan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top