Türkiyə millisinin futbolçusu Merih Demiral karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirəcək.
Turin təmsilçisi 21 yaşlı müdafiəçi ilə razılıq əldə edib.
"Sassuolo"dan transfer edilən M. Demiralla 5 illik müqavilə imzalanıb. "Yuventus" türkiyəli üçün sabiq komandasına 18 milyon ödəyəcək.
Qeyd edək ki, müdafiəçi ötən mövsümün fasiləsində "Alanyaspor"dan "Sassuolo"ya keçmişdi. //APA