Şəmkirdə qardaş qardaşı bıçaqlayıb

Şəmkir rayonunda yıxılaraq xəsarət aldığını deyən şəxsin bıçaqlandığı məlum olub.

38 yaşlı İntiqam Əliyev şəxsi mübahisə zəminində qardaşı Hafiz Əliyev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, İ.Əliyev xəsarəti ehtiyatsızlıqdan aldığını, yıxılaraq qarnına dəmir batdığını bildirsə də, polis əməkdaşları araşdırma apararaq həqiqəti üzə çıxarıblar.

Bıçaqlanan qardaş cərrahiyyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report

DİGƏR XƏBƏRLƏR

Top