Qazlı, şirəli su içəndən 1 saat sonra orqanizmdə nə baş verir?

Qazlı, şirəli içki dedikdə, hazırda marketlərdə dəbdə olan şirin. çox qazlı, rəngli içkilər nəzərdə tutulur. Adi qazlı su və mineral sular bura daxil deyil.
Hazırda az qala uşaqdan böyüyə hər kəsin narkotik kimi alışdığı və hər gün içdiyi bir butul qaşlı şirin suyun orqanizmdə anbaan yaratdığı zərərli fəsadları təqdim edirik

İlk 10 dəqiqə - 250 ml-lik bir butul şirəli su ilə orqanizmə birdən birə 10 çay qaşığı şəkər daxil olur. Bu qədər miqdar insanın gündəlik dozasıdır, onu da hissə-hissə qəbul etməlidir. 10 qaşıq şəkərdən suyu adi halda içsə, insanda ürəkbulanma baş verər. Amma bu suları içəndə baş vermir, çünki əlavə olunan forfor turşusu şirniyyatın mənimsənilməsini yüngülləşdirir, o təzyiqi hiss etdirmir. 

20 dəqiqə sonra – qanda şəkər, qlükoza kəskin qalxır, mədəaltı vəz başını itirir və qana insulin buraxır. Qaraciyər bu qədər şəkərlə nə edəcəyini bilmir, onu piyə, yağa çevirib, özündə depolayır

40 dəqiqə sonra – kofein həll olur, bəbəklər genişlənir, təzyiq qalxır, qaraciyər bu dəfə qana şəkər atır. Beyin reseptorları qıcıqlanır, sakitləşdirici və yuxu gətirici reseptorlar bloklanır. İnsan sanki enerjilənir.

50 dəqiqə sonra – dofamin hormonu sintez olunur, bu da beynə həzz hissləri verir, onu sakitləşdirir. Bu hormon heroin qəbulundakı kimi işləyir.

1 saat sonra – suda olan həmin fosfor turşusu kalsium, maqniy, sinklə bağırsaqda birləşib metobolizmi sürətləndirir, nəticədə sidiklə kalsium yuyulub gedir, bu da sümüklərin zəifləməsi deməkdir. Yəni bu şirələr sümükləri yuyur. Xüsusən 3-15 yaş arası uşaqlar üçün bu dəhşətli fəsad deməkdir

1 saatdan sonra -  Orqanizmdə sidiklə lazımlı mikroelementlər çıxdığı üçün, beyində həzzverici hormon da azaldığı üçün, kofein və şəkər təsirini itirir, sidiyə getmələr çoxalır, bu da orqanizmin maye-duz balansını pozur, insan əsəbi, oyanıq və əzgin olur, beyin tormozlanır.
 
Bu içkilər uşaq və böyüklərdə ürək-damar, mədəaltı vəz, beyin, qaraciyər, böyrəklər, sinirlər, bağırsaq, sümükləri sıradan çxıarır. Depressiya, əsəb və nevroz yaradır.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top