İtkin düşmüş 9 yaşlı qız tapılıb - FOTO - YENİLƏNİB

Bakının Yasamal rayonunda itkin düşmüş azyaşlı qız tapılıb.

9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub. Hazırda onun vəziyyəti normaldır.

Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Anasının sözlərinə görə, nadiclik etdiyi üçün İnciyə acıqlanıb, uşaq da bundan inciyərək parka gedib.

Qeyd edək ki, azyaşlının ailəsinin maddi durumu çox aşağıdır. Hətta onların yaşadıqları evdə bir müddət əvvəl yanğın da olub.APA

17.09
Bakıda 9 yaşlı qız itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, Yaxınlarının APA-ya verdiyi məlumata görə, Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxıb. Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib.

İ.Əhmədova itkin düşərdə onun əynində çəhrayı rəngdə şortik və qırmızı rəngdə köynək olub. 

Onu görənlərdən Daxili İşlər Nazirliyinin "102" xidmətinə və ya (055) 859-12-82 nömrəsinə məlumat vermələri xahiş olunur.
 

DİGƏR XƏBƏRLƏR

Top