seki-xan-sarayinda-xesaret-alanlardan-biri-vefat-edib

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

azerbaycanda-xeyriyyeciler-hec-vaxt-asfalti-olmayan-kende-yol-cekdirdiler-video

Azərbaycanda xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

megafon-azerbaycan-xalqindan-uzr-istedi

"Megafon" Azərbaycan xalqından ÜZR İSTƏDİ

çərşənbə axşamı, 16 iyul 2019
AZ RU EN TR

GÜNDƏM

Milyonluq saatı oğurlanan kimdir? - İDDİA

27.06.2019 12:29 Oxundu 1671

İspaniyanın İbitsa adasında milyon funt sterlinq dəyərində saatı oğurlanan gəncin kimliyi məlum olub.

Yeniavaz.com xəbər verir ki, Ölkə.az saytının iddiasına görə, soyğun hadisəsinin qurbanı “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub. 

Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.

Xatırladaq ki, İspaniyanın İbitsa adasında 22 yaşlı azərbaycanlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb.

Qarətçi azərbaycanlıya bir neçə zərbə vurduqdan sonra onun saatını əlindən alıb.

Sözügedən saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. 
Dəyəri 2,167,600 AZN-dir.

Dünyada ən bahalı saatlardan biridir. Bu saatlar çox yüngül çəkiləri ilə fərqlənirlər.