Bakıda boşandığı əri tərəfindən bıçaqlanan qadın öldü

İki gün əvvəl Bakının Xəzər rayonunda keçmiş əri tərəfindən bıçaqlanan qadın ölüb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, iyunun 20-də Xəzər rayonu, Buzovna qəsəbəsi sakini, 1971-ci il təvəllüdlü Emin Hüseynov qısqanclıq zəminində həyat yoldaşı Nürəngiz Hüseynovaya çoxsaylı bıçaq zərbələri vurub.

Nürəngiz Hüseynova təcili yardım vasitəsi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, bu gün həyatını itirib. 

DİGƏR XƏBƏRLƏR

Top