Bakıda küçənin ortasında bıçaqlanmanın VİDEOSU YAYILDI

Bakıda baş verən qanlı hadisənin görüntüləri yayılıb.
Yeniavaz.com BAKU.WS-ə istinadla xəbər verir ki, 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla yol nəqliyyat hərəkəti zamanı, “Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb.
Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsərək maşından düşməsini tələb edərək, məsələni aydınlaşdırmağa israr ediblər.

Baş verən hadisə təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Həmin görüntüləri sizə təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top