Məşhur rəssamın intihar etdiyi silah 162 min avroya satıldı


Hollandiyanın məşhur rəssamı Vinsent van Qoqun özünü öldürərkən istifadə etdiyi iddia olunan silah Parisdə hərraca çıxarılıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, "Lefaucheux" markalı silah 162 min 500 avroya satılıb. Paslanmış vəziyyətdə kiçik tapança 1965-ci ildə, van Qoqun həyatının son günlərini keçirdiyi Parisin Auvers-sur-Oise kəndində bir fermer tərəfindən tapılıb.
Hollandiyalı rəssam 27 iyul 1890-cı ildə bu kənd yaxınlığındakı ərazidə özünü sinəsindən vurmuşdu. Buna baxmayaraq onun ölümü bir neçə gün çəkmişdi. Ölümündən 70 il sonra isə həmin ərazidən bu silah tapılıb. Bütün bunlara baxmayaraq hələ də silahın van Qoqun özünü öldürdüyü silah olub-olmadığı dəqiqləşdirilməyib.
Van Qoq Fondu isə belə faciəvi bir ölümdən ticari məqsədlərlə istifadə etdiyinə görə hərracı təşkil edən şirkəti kəskin tənqid edir.

DİGƏR XƏBƏRLƏR

Top