Türkiyədə qəribə hadisə: Ərtoğrul Qazinin əvəzinə aktyorun heykəli qoyuldu - FOTO


Türkiyədə keçirilən sonuncu bələdiyyə seçkilərindən sonra müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Biləcik rayon bələdiyyəsinin yeni sədri seçilib. Yeni sədr iqtidarda olan Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş sədrin sifarişilə düzəldilən bir heykəlin bələdiyyə binasından yığışdırılması göstərişini verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, yeni sədrin belə bir göstəriş verməsinin səbəbi bələdiyyə binasında Osmanlı dövlətinin banisi hesab olunan Osman Qazinin atası Ərtoğrul Qazinin heykəli əvəzinə "TRT 1" kanalında yayımlanan "Diriliş Ertuğrul'' serialının baş rol ifaçısı Engin Altanın heykəlinin qoyulması olub.
Bildirilib ki, bələdiyyə binasında nümayiş olunan və tarixə aid olduğu qeyd olunan stendlərdə Ərtoğrul Qazi olaraq təqdim olunan heykəl əslində aktyor Engin Altanın heykəli olub.

DİGƏR XƏBƏRLƏR

Top