Putin 70 əcnəbiyə vətəndaşlıq verdi: Aralarında azərbaycanlılar da var


Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncama əsasən 70 nəfər əcnəbiyə vətəndaşlıq verilib.
Yeniavaz.com xəbər verir ki, Rusiya vətəndaşlığı verilən əcnəbilərin 7 nəfəri azərbaycanlı olub.
Prezidentin sərəncamı ilə ən çox ermənilər Rusiya vətəndaşı olub. Putin 13 erməniyə Rusiya vətəndaşlığı verib. Bundan başqa 8 nəfər Tacikistan və Molova, 7 nəfər Ukrayna, 6 nəfər Əfqanıstan və Özbəkistan, 3 nəfər İtaliya, 2 nəfər Qazaxıstan, Türkiyə və Vyetnam, 1 nəfər isə Gürcüstan və Türkmənistan vətəndaşı Rusiya vətəndaşlığına qəbul olunub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top